“US Open 2021”in qalibi, britaniyalı tennisçi Emma Radukanu “Uimbldon 2024” başlamazdan əvvəl məşqə futbol üzrə İngiltərə milli komandasının formasını geyinərək gəlib.

Bu gün İngiltərə yığması Avropa çempionatının 1/8 finalında Slovakiya yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Dünya reytinqində 135-ci olan Radukanu “Uimbldon 2024”ün ilk mərhələsində dünyanın 22-ci raketkəsi, rusiyalı tennisçi Yekaterina Aleksandrova ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp