“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Malyorkada keçirilən tennis turnirinə qatılıb. Klopp və həyat yoldaşı Almaniya milli futbol komandasının formasını geyinərək tribunada əyləşiblər.

Mayorkadakı turnir ot üzərində keçirilir və ATP-250 kateqoriyasına aiddir. Yarışın qalibi dünya reytinqində 24-cü olan çilili tennisçi Alexandro Tabilo olub. Turnirin sosial media hesabında çempionun Yurgen Kloppla fotosu paylaşılıb.

Xatırladaq ki, Klopp 2015-ci ildən “Liverpul”un baş məşqçisi vəzifəsində çalışır. Mersisaydlılarla birlikdə Klopp iki dəfə İngiltərə Çempionatı, Çempionlar Liqası, İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunun qalibi olub. Mütəxəssis əvvəllər Dortmund “Borussiya”sı və “Maynts”a da rəhbərlik edib.

a18eb73a bfba 4a47 8eeb 97264ccb126f - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp