“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, serb tennisçi Novak Cokoviç “Uimbldon” yarışından niyə imtina etməmək qərarına gəldiyini açıqlayıb.

“Həyat yoldaşım da bu barədə soruşdu, bu normaldır. 37 yaşım var və bəlkə də daha az risk edib Olimpiya Oyunlarına hazırlaşmaq lazımdır. Amma hələ də oynaya bildiyim, aktiv olduğum zaman və bu səviyyədə olanda “Böyük dəbilqə”ni qaçırmaq istəmirəm. Bu, sadəcə, oynamaq və yarışmaq üçün qarşısıalınmaz bir istəkdir.

“Uimbldon” uşaqlıqdan həmişə arzuladığım turnirdir. Mən həmişə burada iştirak etməyi xəyal etmişəm”, – deyə Cokovic qeyd edib.

Xatırladaq ki, Cokoviç meniskdəki zədəsi səbəbindən Rolan Qarrosun 1/4 finalından imtina etmiş və əmliyyat olunmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp