Argentina millisi Amerika kubokunun qrup mərhələsində keçirdiyi hər üç matçda heç bir qol buraxmadan qalib gəlib.
Futbolinfo.az xəbər verir ki, Lionel Skaloninin komandası Kanada (2:0), Çili (1:0) və Perunu (2:0) məğlub edib.
Lionel Messi son iki oyunda bir dəfə də qol vurmayıb (bir matçı zədə səbəbindən buraxıb), cəmi bir məhsuldar ötürmə edib. Messi 2011-ci ildən sonra ilk dəfə böyük turnirin qrup mərhələsini qol vurmadan başa vurub.
İndi Argentina millisi Amerika kubokunun 1/4 final mərhələsinə hazırlaşacaq. Messinin sağalmağa vaxtının olub-olmayacağı hələ də bəlli deyil.