“Məyusluqdan daha çox qürur duyuram. Çünki favoritlər arasında olan komandaya qarşı əla oyun keçirdik”. Bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında İngiltərəyə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, İngiltərə yığmasına qarşı bərabər səviyyədə oynadıqlarını bildirib: “Rəqiblə eyni səviyyədə oynadıq. Təəssüf ki, sonluq fərqli oldu. Əlavə vaxtda, demək olar ki, meydanın rəqibə aid olan hissəsində idik. Fəxr edirəm ki, İngiltərəni müdafiə olunmağa və nəticəni qorumaları üçün meydana əlavə müdafiəçilər buraxmağa məcbur etdik”.

Qeyd edək ki, İngiltərə – Slovakiya matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp