“Sabah”da növbəti ayrılıq baş verib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək Bakı komandası daha bir legioneri ilə vidalaşıb.

Bu dəfə müdafiəçi Maruan Hadudi yola salınıb. Mərakeşli futbolçu ilə başa çatan müqavilə yenilənməyib. O, yay fasiləsində komandanı tərk edən 4-cü əcnəbi olub. Daha əvvəl Davit Volkov, Kristian Sebalyos və Kristian da Silva da “Sabah”ı tərk ediblər.

Qeyd edək ki, Maruan Hadudi “Sabah”a ötən ilin yayında “Raca Kasablanka”dan keçmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp