“Çox maraqlı oyun olacaq”. Bunu futbolinfo.az-a açıqlamasında “Şerif”in yarımmüdafiəçisi Mateo Ortiz deyib.

O, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaqları matçdan danışıb: “Düşünürəm ki, Azərbaycan təmsilçisi çətin rəqibdir. Bizi gərgin oyunlar gözləyir. Amma qalib gələcəyimizə və ikinci təsnifat mərhələsinə adlayacağımıza ümid edirəm”..

Ortiz “Zirə” barədə çox məlumatlı olmadığını bildirib: “Bu komandada heç kəsi tanımıram. Çox məlumatlı da deyiləm”.

Qeyd edək ki, “Şerif” “Zirə”yə qarşı ilk oyunu iyulun 11-də Tiraspolda keçirəcək. İkinci qarşılaşma isə iyulun 18-də Bakıda oynanılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp