Robin le Norman “Atletiko”da oynayacaq. İspaniya yığmasının mərkəz müdafiəçisi klubunu dəyişmək qərarı verib.

Futbolinfo.az xəbər verir ki, madridlilər 5 ildir “Real Sosyedad”da oynayan Fransa əsilli oyunçu üçün 30 milyon avro ödəyəcək. 27 yaşlı “Brest” yetirməsi özü də San-Sebastyanda qazandığından daha çox maaş alacaq.

Le Normanın dünən Avropa Çempionatının 1/8 final matçında Gürcüstan yığması ilə oyunda avtoqol müəllifi olduğunu xatırladaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp