AFFA qadınlardan ibarət futbol yığmamızda mükafatla bağlı qalmaqalı inkar etmir. Problemi gizli saxlamağa çalışsalar, ödənilməyən mükafatın olduğunu təsdiqləyirlər.

Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin futbolinfo.az saytının sorğusuna cavabından bunu hiss etmək mümkündür: “Qızlardan ibarət milli komandaya olan mükafatlar yaxın günlərdə ödəniləcək. Biz əminik ki, milli komandada olan hər bir futbolçu formanın məsuliyyətini anlayır və onlar yığmanın oyunlarında can qoyurlarlar. Qarşıdakı görüşlərdə də komandamızın bu cür əzmkar və döyüşkən tərzdə mübarizə aparacağına əminik”.

Xatırladaq ki, millinin futbolçuları onlara çatası mükafatın ödənilməməsi üzündən düşərgəyə gəlməkdən boyun qaçırırdı. Lakin AFFA rəhbərliyinin vədindən sonra razılıq əldə edilib və dünən açıqlanan heyətdən bəlli olur ki, üsyançıların hamısı qarşıdakı oyunlarda millinin sıralarında olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp