AFFA İcraiyyə Komitəsi yaxın günlərdə yığışmayacaq. Qurum üzvləri gələn həftə bir araya gəlməyi lazım bilib.

Futbolinfo.az xəbər verir ki, komitənin iyulun ilk günlərində yığışıb bir sıra məsələləri müzakirə etməsi, qərar verməsi gözlənilirdi. Lakin bəzi məsələlərin yubanması, eləcə də üzvlərin hamısının toplaşması üçün imkan olmadığından, AFFA rəhbərliyi belə qərar verib.

Hələlik iclasın Gündəliyi də bəlli deyil. Güman ki, qarşıdakı günlərdə müzakirəsi vacib olan məsələlərin siyahısı hazırlanacaq və rəsmən açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp