“Qarşılaşma boyunca topa nəzarət etməklə qalib gəlmək olmur”. Bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Belçikaya qarşı Avro-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin ehtiyatlı oyun sərgilədiyini söyləyib: “Belçika kağız üzərində daha çox hücum edən komanda kimi görünə bilər. Amma çox ehtiyatla oynayırdılar. Öz fürsətlərimizi gözlədik, yaratdığımız şansı qola çevirdik. Qarşılaşma boyunca topa nəzarət etməklə qalib gəlmək olmur. Ən vacib məsələ odur ki, biz 1/4 finala yüksələn tərəfik”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Belçikaya 1:0 hesabı ilə qalib gələn Fransa növbəti mərhələyə yüksəlib. 1/4 finalda rəqib Portuqaliya olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp