“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar”da ayrılıq baş verib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Gergenyi Bense Macarıstan təmsilçisi ilə vidalaşıb. 26 yaşlı sol cinah oyunçusu karyerasını ölkəsinin digər komandası “Uypeşt”də davam etdirəcək. Klublar bu keçiddə hərtərəfli razılaşıblar.

Bense “Fehervar”a ötən ilin yayında “Zalaeqerszeq”dən keçib. O, bu komandanın heyətində ötən mövsüm 26 oyun keçirib.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab görüşü isə ayın 31-də Macarıstanda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp