“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar”ın təlim-məşq toplanışının ikinci mərhələsi üçün proqramı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Macarıstan klubu “Sumqayıt”la qarşılaşmaların hazırlığını iyulun 8-18-i aralığında Sloveniyada keçəcək. Bartoş Qrzelakın yetirmələri bu müddətdə 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komanda ayın 11-də Serbiyanın “Çukariçki”, 13-də Sloveniyanın “Dekani”, 17-də isə Türkiyənin “Göztəpə” kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab görüşü isə ayın 31-də Macarıstanda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp