Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Hayfa “Makkabi”si heyətini gücləndirib.

Futbolinfo.az İsrail mətbuatına istinadən məlumatına görə, Netanya “Makkabi”sinin dayaq yarımmüdafiəçisi Ethan Azulayın yeni komandasına transferi təsdiqlənib.

22 yaşlı oyunçu hayfalılarla 4 illik müqavilə bağlayıb. İsrailin olimpiya millisinin üzvünün maaşı da əvvəlki komandasından qat-qat çox olacaq. Belə ki, onun illik 250 min dollar məvacib qazanacağı vurğulanıb. Transfer Hayfa “Makkabi”sinə 1 milyon avroya başa gəlib.

Ancaq Azulay “Sabah”la görüşləri buraxmalı olacaq. Çünki gənc oyunçu İsrailin olimpiya yığması ilə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında oyunlar iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp