“Boston Seltiks”in lideri klubu ilə yeni müqavilə imzalayacaq.

“The Athletic” verdiyi xəbərə görə, sözləşmə rekord məbləğə olacaq. Ceyson Teytum 5 mövsüm ərzində 314 milyon dollar qazanacaq. Mövsümün ortalarında onun komanda yoldaşı Ceylen Braun da yeni 287 milyon dollar məbləğində anlaşma imzalamışdı.

Teytum 2023/24 mövsümündə Boston komandası ilə çempion olub. O, mövsümü MVP səsverməsində 6-cı yerdə başa vurub. Ceysonun göstəriciləri orta hesabla 26,9 xal, 4,9 asist, 8,1 ribaund təşkil edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp