“Turan Tovuz” əsas legionerlərindən birini itirə bilər. Roderk Miller Azərbaycana qayıtmaq niyyətində deyil.

Futbolinfo.az xəbər verir ki, hazırda Panama millisinin heyətində Amerika Kubokunda mübarizə aparan müdafiəçi ciddi təkliflər alıb. Komandasının 1/4 finala vəsiqə qazanmasında önəmli rol oynayan arxa xətt oyunçusu, bir neçə klubun maraq dairəsindədir. Bu səbəbdən o, Tovuza qayıtmaq istəmədiyini klub rəhbərliyinə çatdırıb.

2023-cü ilin əvvəlindən “Turan Tovuz”da çıxış edən Roderikin müqaviləsi gələn yay başa çatacaq. Amma o, anlaşmaya xitam vermək istəyir. Milleri istəyənlər futbolçunu sərbəst buraxması üçün qərblilərə 200 min dollar təklif edib.

Yekun qərarı baş məşqçi Kurban Berdıyev verəcək. Təcrübəli mütəxəssis də bu vidanın əleyhinə deyil. O, Rusiyadan bir neçə legioner gözaltı edib və heyətdə yer açmaq üçün Millerin gedişinə razı ola bilər.

Shares: