37 yaşlı britaniyalı tennisçi Endi Marrey fərdi yarışlarda “Uimbldon”da çıxış etməyəcək. O, qardaşı Ceymi ilə qoşa yarışlarda çıxış etməyi planlaşdırır. Bu barədə İTV.com məlumat yayıb.

Dünən britaniyalı tennisçi Kayl Edmundla məşq xaraketerli oyunda qalib gəlmişdi – 6:3, 2:0. “Uimbldon”un ilk turunda Endi çexiyalı tennisçi Tomas Maxaça qarşı oynamalı idi.

Xatırladaq ki, dünyanın keçmiş 1 nömrəsi və olimpiya çempionu ötən həftə onurğasından əməliyyat olunub. Ondan əvvəl Marrey belindəki ağrılara görə Londonda keçirilən ATP-500 yarışının ikinci tur matçından imtina etmək məcburiyyətində qalmışdı.

Shares: