Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Şerif” braziliyalı futbolçusu Ramon Vinisius dos Santosla yollarını ayırıb.

Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı dayaq yarımmüdafiəçisi karyerasını bu ölkədə davam etdirəcək. Belə ki, “Şerif”i azad agent kimi tərk edən Vinisius Türkiyənin I Liqa təmsilçisi “Keçiörengücü” ilə müqavilə imzalayıb. “Sambaçı” 250 min avro dəyərində göstərilir.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də “Şerif” İdman Kompleksində, cavab görüşü ayın 18-də “Liv Bona Dea Arena”da keçiriləcək.

Shares: