“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif” heyətində dəyişikliklər etməkdə davam edir.

Futbolinfo.az Moldova mətbuatına istinadən xəbər verir ki, Tiraspol komandası daha bir oyunçu ilə yollarını ayırıb. Bu dəfə kolumbiyalı hücumçu Vilinton Aponza Moldova təmsilçisi ilə vidalaşıb. Bu ilin fevralında “Şerif”lə mövsümün sonuna qədər müqavilə imzalayan 24 yaşlı forvard azad agent statusu daşıyıb.

Onun yeni komandası da artıq məlumdu. Aponza karyerasını Rusiyada davam etdirəcək. Çünki cənubi amerikalı forvard Moskva “Torpedo”su ilə sözləşmə imzalayıb.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də “Şerif” İdman Kompleksində, cavab görüşü ayın 18-də “Liv Bona Dea Arena”da keçiriləcək.

Shares: