“Williams” komandası ev qran-prisi üçün xüsusi livreya hazırlayıb. Bu həftə Formula 1-in növbəti mərhələsi Silverstounda keçiriləcək.

Britaniya qran-prisi ərəfəsində “Williams” komandası bütün 1005 əməkdaşının adlarını bolidin üzərində yazdırıb. Bu adlar Britaniya bayrağında əksini tapıb.

Xatırladaq ki, qran-priyə iyulun 5-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp