Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyəyə yollanacaq.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın yoxlama görüşündə üz-üzə gələcəyi iki komandanın kimliyi müəyyənləşib.
“Gənclik şəhəri” təmsilçisi iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”la, 12-də isə Türkiyə 1-ci Liqa komandası “Gənclərbirliyi” ilə qarşılaşacaq. Samir Abasovun yetirmələrinin digər rəqibi hələ bəlli deyil.
Qeyd edək ki, “Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan klubu “Fehervar”la üz-üzə gələcək.

Shares: