Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.
Baş məşqçiyə stadion və məşq meydanlarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.