“Araz-Naxçıvandan ayrılmağımın səbəbini bilmədim. Mənə heç nə demədilər”. Bunu futbolinfo.az-a açıqlamasında ötən mövsümü “Araz-Naxçıvan”da keçirmiş qanalı yarımüdafiəçi Mohammed Kadiri deyib.

28 yaşlı futbolçu Azərbaycan təmsilçisindən ayrılmasından danışıb: “Deyəsən, yeni baş məşqçi məni bəyənmədi. Bəlkə də onun planlarına daxil deyildim”.

Kadiri klub rəhbərliyi ilə görüşmədiyini və onlarla heç bir problem yaşamadığını açıqlayıb: “Xeyr, niyə yeni müqavilə təklif olunmadığının səbəbini soruşmadım. Klub rəhbərliyi ilə də danışmadım. Peşəkar futbolçuyam və bunu soruşmağa ehtiyac duymadım”.

O, karyerasını başqa ölkədə davam etdirəcəyini də deyib: “Karyeramı başqa ölkədə davam etdirəcəm. Bunu yaxın günlərdə biləcəksiz”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp