Fərrux Mahmudovun “Neftçi”yə gətirdiyi bütün kadrlar klubdan uzaqlaşdırılacaq. Bakılıların sabiq baş icraçı direktorunun müxtəlif postlara yerləşdirdiyi şəxslərlə bağlı qərar verilib.

Futbolinfo.az xəbər verir ki, həmin şəxslərlə bağlı qərar özlərinə birbaşa bildirilməyib. Klub rəhbərliyi Mahmudovla əlaqə saxlayıb və özü ilə gətirdiklərinə könüllü olaraq istefa ərizələrini yazmağı tapşırmasını istəyib.

“Neftçi”dən qovulduqdan sonra gəldiyi Basketbol Federasiyasına qayıdan Fərrux bəy əmrə “baş üstə” deyib. Bu o deməkdir ki, yaxın günlərdə “Neftçi”də istefalar sıralanacaq, xüsusilə qondarma postlar boşaldılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp