Qadın futbolçulardan ibarət Macarıstan millisinin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Türkiyə ilə keçirəcəyi son oyunlar üçün yekun heyəti açıqlanıb.

Futbolinfo.az saytı xəbər verir ki, baş məşqçi Aleksandra Szarvas “23-lüy”ü müəyyənləşdirib. Bakıya gələcək heyətin 15 üzvü ölkədən kənarda legioner həyatı yaşayır.

Qapıçılar: Fruzsina Şildkraut (“Qaziantep Asya Spor”, Türkiyə), Reka Syoç (“Budayörs”), Anna Terestyenyi (“Turbine Potsdam”, Almaniya)

Müdafiəçilər: Laura Kovaç, Sintia Öreq, Ksilla Savanya (hamısı “Dyor”), Viraq Naqi (“Sampdoriya”, İtaliya), Diana Nemet (“Volfsburq”, Almaniya), Hanna Nemet (“Verder”, Almaniya), Lilla Turanyi (“Bayer”, Almaniya)

Yarımmüdafiəçilər: Diana Ksanyi, Viktoriya Sabo (hər ikisi “Sürix”, İsveçrə), Henrietta Ksizar (“İnter”, İtaliya), Evelin Fenivesi, Viktoriya Naqi (hər ikisi FTK-Telekom), Sofiya Mayer (“Puşkaş Akademiyası”), Fanni Naqi (“Dyor”), Luka Papp (“Volsburq”, Almaniya), Dora Zeller (“Köln”, Almaniya)

Hücumçular: Anna Ksiki (“Hekken”, İsveç), Zsanett Kayan (“Komo”, İtaliya), Emyoke Papai (“Verder”, Almaniya), Sara Puştai (“Beşiktaş”, Türkiyə).

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyulun 12-də “Liv Bona Dea Arena”da keçiriləcək. Macarlar ayın 16-da Türkiyəni qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp