Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb. Onun Lodz təmsilçisi ilə olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Futbolinfo.az-a açıqlama verən futbolçu yeni klubunun adına yaxın günlərdə aydınlıq gələcəyini bildirib: “İnşallah, yaxın günlərdə yeni klubum açıqlanacaq”.
Məmmədov “Neftçi”dən təklif alması, “Qarabağ”a qayıtması ilə bağlı gəzən xəbərlər barədə suala isə cavab vermək istəməyib: “Açığı, bu suallara cavab vermək istəmirəm. Qoy klubum açıqlanana qədər belə qalsın”.
Qeyd edək ki, Rahil Məmmədov Polşa klubuna ötən mövsümün əvvəlində keçmişdi. LKS isə mövsümün sonunda aşağı liqaya yuvarlandı.