“Qarabağ”ın yay təlim-məşq toplanışının proqramı dəqiqləşib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda iyulun 5-də Avstriyaya yola düşəcək.
Azərbaycan çempionunun Tirolda 4 yoldaşlıq oyunu olacaq. Rəqiblərdən ikisi məlumdur. Komanda iyulun 9-da saat 14:30-da “Kayzerslautern” (Almaniya), həmin gün saat 20:00-da isə “Viktoria Plzen” (Çexiya) klubları ilə üz-üzə gələcək.
Digər yoldaşlıq oyunlarındakı rəqiblər və həmin matçların vaxtı hələ bəlli deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp