Kataloniyanın “Sport” qəzeti ötən mövsüm icarə əsasında “Brayton”da çıxış edən “Barselona”nın 21 yaşlı hücumçusu Ansu Fatinin “Fənərbağça”ya keçə biləcəyini yazıb.

Mənbənin məlumatına görə, Türkiyə klubunun idman direktoru bu yaxınlarda agenti Xorxe Mendeş və “Barselona”nın idman direktoru Deku ilə futbolçu haqda danışıb. “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Fatini yeni layihəsində görmək istəyir və onun yenidən güclü futbolçu ola biləcəyinə əmindir.

“Barselona” futbolçunu yeni mövsümdə komandada saxlamaq barədə hələlik qərar verməyib. Kataloniya klubunun baş məşqçisi Hansi Flik mövsümöncəsi məşqlər başlayandan sonra onun vəziyyətini dəyərləndirəcək.

Xatırladaq ki, ispaniyalı ötən mövsüm icarə əsasında oynadığı “Brayton”un heyətində 30 oyun keçirib və 4 qol vurub. “Transfermarkt” internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 25 milyon avrodur.

Shares: