“Şamaxı” bu gün yeni legionerinə qovuşacaq. Bölgə təmsilçisi Namibiya millisinn müdafiəçisi Lubeni Haukonqo ilə anlaşıb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi bu gün Bakıya gələcək. Tibbi müayinədən sonra onun transferinin açıqlanması gözlənilir.

Fransada “Lill”də yetişən, B komandasında 2 il çıxış edən Lubeni daha sonra Afrikaya qayıdıb. Millinin daimi üzvü olan müdafiəçi, yanvarda CAR çempionatında son oyunu keçirib. Çünki fevralın 17-də çempionat matçında “Keyptaun”un heyətində zədə alıb. Haukonqo hazırda dizindəki problemi həll edib və “Şamaxı”yla müqavilə bağlamasında problem olmamalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp