“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif” heyətində təmizləmə işləri aparmaqda davam edir.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Kristian Tovar Moldova klubundan ayrılıb.
26 yaşlı kolumbiyalı mərkəz müdafiəçisinin yeni komandası da bəllidir. Tovar karyerasını Qazaxıstanda davam etdirəcək. Belə ki, “Ordabası” onunla müqavilə imzaladığını açıqlayıb.
Qeyd edək ki, “Zirə” və “Şerif” arasında ilk oyun iyulun 11-də “Şerif” İdman Kompleksində, cavab görüşü isə bir həftə sonra “Liv Bona Dea Arena” keçiriləcək.