Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Hayfa “Makkabi”si daha bir transferə hazırlaşır.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, adıçəkilən komanda “Bordo”nun yarımmüdafiəçisi İssuf Sissokonu transfer etməyə çalışır. Lakin bu, heç də asan başa gəlməyəcək. Çünki İsrailin digər təmsilçisi Təl-Əviv “Makkabi”si də malili orta sahə oyunçusu üçün Fransa klubuna təklif göndərib.

Sissokonu transferə çıxaran “Bordo” İsrail klublarına 1 milyon avro qiymət “oxuyub”. 22 yaşlı futbolçunun “Bordo” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də Bakıda keçirəcək.

Shares: