“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” problemlə üzləşib.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Macarıstan klubunun yeni transferi Corc Dobson müqaviləni birtərəfli ləğv edib. İngiltərənin Çempionşip təmsilçisi “Çarlton”la sözləşməsi başa çatan 26 yaşlı yarımmüdafiəçi hələ mövsümün gedişində “Fehervar”la ilkin müqavilə imzalamışdı. O, bu ayın ilk günlərində düşərgəyə qoşulmalı idi. Lakin Dobson son anda Macarıstana yollanmaqdan imtina edib və müqaviləni pozub.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab görüşü isə ayın 31-də Macarıstanda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp