Argentina millisi Amerika Kubokunda yarımfinala yüksəlib. Son dünya çempionu 1/4 final mərhələsində Ekvadoru məğlub edib.
Lautaro Martinesin 35-ci dəqiqədə vurduğu qolla hesabı açan argentinalılar əsas vaxtda qalib gələ bilməyib. 62-ci dəqiqədə Enner Valensiya penaltini boşa verib, amma oyuna əlavə edilmiş dəqiqələrdə Kevin Rodriges bərabərliyi təmin edib.
Yeni qaydaya görə, finaladək əlavə vaxtlar oynanılmadığından, birbaşa penalti seriyasına müraciət edilib. Burada ilk zərbəni vuran Lionel Messi topu qapının üstündən göndərib. Amma Ekvador futbolçuları da 2 dəfə uğursuz olub. Qapıçı Emiliano Martinesin sayəsind 4:2 hesablı qələbə ilə Argentina yarımfinala çıxıb.