“Basketball Forever” nəşri Milli Basketbol Assosiasiyasının ən yüksək maaş alan 10 oyunçusunu təqdim edib.

Reytinqin ilk pilləsində “Boston Seltiks”in hücumçusu Ceyson Teytum qərarlaşıb. O, komanda ilə 315 milyon dollar dəyərində 5 illik yeni müqavilə imzalayıb.

Orta illik gəlirinə görə ən çox qazanan 10 MBA oyunçusu:

1. Ceyson Teytum (Boston) – 63 milyon dollar

2. Ceylen Braun (Boston) – 57 milyon dollar

3. Nikola Yokiç (Denver Nuggets) – 55,2 milyon dollar

4. Devin Buker (Phoenix Suns) – 55,1 milyon dollar

5. Karl-Entoni Tauns (Minnesota Timbervolves) – 55,1 milyon dollar

6. Stiven Karri (Golden State Warriors) – 53,8 milyon dollar

7. Coel Embiid (Filadelfiya 76ers) – 53,3 milyon dollar

8. Pol Corc (Filadelfiya 76ers) – 52,8 milyon dollar

9. Bredli Bil (Phoenix Suns) – 50 milyon dollar

10. Kavi Leonard (Klippers) – 49,8 milyon dollar.

Shares: