Aleksandar Vezenkov karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirəcək. Bu barədə tanınmış insayder Matteo Andriani sosial şəbəkələrdəki səhifəsində məlumat verib.

Son mövsümdə Vezenkov mübadilə nəticəsində “Sakramento Kings”dən “Toronto Raptors”a keçmişdi. Andrianinin sözlərinə görə, Kanada klubu forvardla yolları  ayıracaq. O, “Olimpiakos”la mövsümü 4 milyon avro maaş olan 4 illik müqavilə imzalayacaq.

Milli Basketbol Assosiasiyasının başa çatan mövsümündə 28 yaşlı Vezenkov hər oyunda orta hesabla 5,3 xal, 2,2 ribaund və 0,4 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə Aleksandar 43 qarşılaşmada iştirak edib.

Qeyd edək ki, Vezenkov 2018-2023-cü illərdə “Olimpiakos”da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp