Premyer Liqanın yeni mövsümünə hazırlaşan “Səbail” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Ərzurumda hazırlıq keçəcək.
Baş məşqçi Şahin Diniyev qardaş ölkədə yetirmələrini 3 yoxlama görüşündə sınayacaq. “Dənizçilər” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də Türkiyə Superliqası komandası “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqibin kimliyi hələ bəlli deyil.
“Səbail” Ərzurum toplanışını iyulun 18-də başa vuracaq.

Shares: