Azərbaycan Premyer Liqasının daha bir təmsilçisi təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanıb.

Futbolinfo.az saytı xəbər verir ki, bu dəfə son çempion “Qarabağ” vətəni tərk edib.

Ağdam təmsilçisi hazırlıq üçün bir qədər əvvəl Avstriyaya yola düşüb. Baş məşqçi Qurban Qurbanov Tirolda 4 yoldaşlıq görüşü planlaşdırır. Komanda iyulun 9-da saat 14:30-da “Kayzerslautern” (Almaniya), həmin gün saat 20:00-da isə “Viktoria Plzen” (Çexiya) ilə qarşılaşacaq. Ancaq digər rəqiblər hələ bilinmir.

Qeyd edək ki, “Qarabağ” bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp