“Sabah” heyətini gücləndirməkdə davam edir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək Bakı klubu hücum xəttinə yeni oyunçu qatıb.

Paytaxt təmsilçisi serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlayıb. Serbiyanın U-16, U-17 və U-18 yığmalarında oynamış 23 yaşlı forvardın son klubu Slovakiya komandası “Trenkin” olub. Neqoş “Sabah”da 29 nömrəli formanı geyinəcək.

“Srvena Zvezda”nın yetirməsi olan Neqoş Kupusoviç karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021) və Slovakiyanın “Dubnitsa” (2021-2022) klublarında da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp