“Barselona”nın və İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Andres İnyesta millinin 16 yaşlı cinah oyunçusu Lamin Yamal haqda danışıb.
“16 yaşında Lamin Yamalın oyunu haqqında nə düşünürəm? Bu, bir az qeyri-təbii görünür. O, yüksək istedada malik futbolçulardandır. İndi onun oyun praktikası var. İnkişaf etmək üçün öyrənməyə və özünü təkmilləşdirməyə davam etməlidir. Onun 23 yox, 16 yaşı var”, – deyə “Mundo Deportivo”ya müsahibəsində İnyesta qeyd edib.
Ümumilikdə ötən mövsüm ispaniyalı futbolçu klubun heyətində bütün yarışlarda 51 oyun keçirib, 7 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalına görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.