“Mingəçevir” klubunda ilk ayrılıq reallaşıb. I Liqa təmsilçisi 20 yaşlı qapıçı Eldar Tərlanovun başa çatan müqaviləsini yeniləməyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Eldar bu mövsüm “Mingəçevir” klubunun heyətində 9 matça çıxıb. Karyerası ərzində isə “Zaqatala” və “Qəbələ-2” klublarının formasını geyinib.