Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Avro-2024-ün 1/4 final matçında İspaniyaya məğlubiyyəti (1:2) şərh edib.

O, rəqibi təbrik edib: “İspaniyanı yarımfinala yüksəldiyi üçün təbrik edirəm. İlk hissədə çox açıq oyun keçdi. İkinci hissədə daha yaxşı idik, 60-cı dəqiqədən isə açıq-aydın gücləndik”.

Mütəxəssis məğlubiyyətə layiq olmadıqlarını bildirib: “Futbolçulara dedim ki, onlar turnirdə mübarizəni dayandırmağa layiq deyillər. Hamımız ailələrimiz üçün darıxırıq, amma heç birimiz turniri tərk etmək istəmirdik. Bu son altı həftənin əvvəlindən milli komandada çox yaxşı ab-hava var idi. Bu oyunda qalib gəlmək üçün hər şey etdik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp