Amerika Kubokunda daha bir yarımfinalçı bəlli olub. Qalibin adı yenə penaltilər seriyasında müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, ABŞ-də keçirilən yarışın ikinci 1/4 final görüşündə Venesuela və Kanada əsas vaxtda qalibi müəyyən edə bilməyiblər. 13-cü dəqiqədə hesabı açan Yakob Şaffelburqa Venesueladan Salomon Rondon (64-cü dəqiqə) cavab verib.

Oyunun əsas vaxtı bərabərliklə başa çatdığı üçün birbaşa pemalti seriyasına keçilib. Burada daha dəqiq olan kanadalılar 4:3 hesabı ilə üstün olub.

Xatırladaq ki, daha öncə Argentina yarımfinala vəsiqəni təmin etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp