Azərbaycan badmintonu tarixində ilk dəfə airbadminton üzrə Federasiya Kuboku keçirilib.

Futbolinfo.az xəbər verir ki, Dünya Badminton Federasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə qarışıq-qoşa kateqoriyası üzrə açıq havada airbadminton yarışı təşkil olunub.

Bakı Avropa Oyunları Parkında keçirilən yarışın qalibi Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi olub. Rəvan Niftəliyev-Nigar Səmədova cütlüyü ikinci, Teymur Abbasov-Zülfiyyə Abbasova və Əli Gözəlov-Fatimə Həsənzadə dueti isə üçüncü pillədə qərarlaşıb.

5 iyul – Ümumdünya Badminton Gününə həsr olunan Federasiya Kubokunun qalibləri diplom medal və hədiyyələrlə təltif ediliblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp