Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 504 komandadan ibarət siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.

14 pillə irəliləyən “Qarabağ” (191,25 xal) 39-cu yerdə qərarlaşıb. “Zirə” (62,25 xal) 8 pillə irəliləyərək 361-ci, “Sabah” (60,75 xal) 9 mövqe artıraraq 379-cu, “Neftçi” (59,25 xal) 6 sıra irəliləyərək 397-ci olub.

Qeyd edək ki, dünya reytinqinə İspaniyanın “Real” klubu (371 xal) başçılıq edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp