“Liverpul” qapıçı Adrianla yollarını ayırıb. Bu barədə klub sosial şəbəkə hesabında məlumat verib.

“Adrian “Liverpul”u tərk edir. “Enfild”də keçirdiyi 5 il ərzində o, klubun uğurlarına dəyərli töhfə verib. Həm komanda yoldaşları, həm də personal arasında önəmli biri olan Adrian ən xoş arzularla “qırmızılar”ı tərk edir. Hər şey üçün təşəkkür edirik”, – məlumatda qeyd olunub.

37 yaşlı Adrian ötən mövsüm klubda bir matça da çıxmayıb. Ümumilikdə, Andrian Mersisayd təmsilçisinin heyətində 26 oyun keçirib, bu oyunlarda 36 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp