“Mançester Yunayted” tezliklə yay fasiləsindəki ilk transferini açıqlayacaq. İngiltərə klubu Josua Zirkzenin keçidini tamamlayıb.

Futbolinfo.az xəbər verir ki,Niderland yığmasının üzvü “Bolonya”dan 40 milyon avroya alınıb. A Seriyasının son mövsümündə 11 qol vuran yarımüdafiəçi, “Milan”dan imtina edərək Dumanlı Albiona yollanır.

“Bolonya”nın iki il öncə “Bayern”dən 8,5 milyon avroya aldığı oyunçu ilə 2026-cı ilin yayınadək müqaviləsi var idi. İtaliya klubu bu səbəbdən onu daha baha qiymətə satmaq istəyirdi. Amma mançesterlilər füutbolçunun müqaviləsindəki 40 milyonluq sərbəstqalma maddəsindən yararlanıb. Zirkzenin özü ilə şəxsi anlaşmanın şərtləri razılaşdırıldığı üçün “Bolonya”nın satışa razılıq verməkdən başqa çarəsi yoxdur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp