Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubundan ayrılmağa yaxındır. Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq (Report).

Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.

Qeyd edək ki, 2022-ci ildən “Dinamo”da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir.

Mahir hazırda Türkiyə klublarından birinə keçmək variantını gözdən keçirir. Onunla maraqlananları qarşısındakı əsas maneə Zaqreb təmsilçisinin yüksək transfer haqqı tələbidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp