Olimpiya seçmə turnirinin oyunları sona çatıb. Final oyunlarından sonra basketbol üzrə kişilərdən ibarət milli komandalar arasında Parisdə keçiriləcək Olimpiadaya son dörd vəsiqənin sahibi məlum olub.

Latviya – Braziliya 69:94

Xorvatiya – Yunanıstan 69:80

İspaniya – Baham adaları 86:78

Litva – Puerto Riko 68:79

Beləliklə, Braziliya, İspaniya, Yunanıstan və Puerto Riko daha əvvəl vəsiqəni təmin etmiş Fransa, Avstraliya, Kanada, Almaniya, Yaponiya, Serbiya, Cənubi Sudan və ABŞ komandalarına qatılıblar. 2024-cü il Yay Olimpiya oyunlarında basketbol yarışları iyulun 27-dən avqustun 11-dək keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp