Ukraynalı atlet, Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı Yaroslava Maquçix hündürlüyə tullanmada yeni dünya rekordu müəyyənləşdirib. Parisdə  keçirilən “Diamond League” mərhələsində idmançı 2,10 metrlik göstəricini fəth edib. Beləliklə də o, bolqarıstanlı Stefka Kostadinovanın rekordunu 37 ildən sonra qırıb.

İkinci yeri avstraliyalı atlet Nikola Olislagers (2.01 m), üçüncünü isə milli və şəxsi rekordları eyni vaxtda yeniləyən serbiyalı Ancelina Topic (1.98) tutub.

Parisdə keçirilən mərhələdə 800 m məsafəyə qaçışda dünyada mövsümün ən yaxşı nəticəsini Əlcəzairdən olan atlet Djamel Sejati göstərmişdi. O, məsafəni 1:41,56 ilə qət edib.

Xatırladaq ki, Olimpiya Oyunlarında atletika yarışları avqustun 1-dən 11-dək keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp