Keniyalı idmançı, ikiqat olimpiya çempionu Fait Kipyeqon 1500 m məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib. Parisdə keçirilən “Diamond League” mərhələsi çərçivəsində idmançı məsafəni 3:49.04-ə qət edib.

Avstraliyalı stayer Cessika Hall ikinci yeri tutub. O, 1500 m məsafəni 3:50.03-də qaçmaqla şəxsi və qitə rekordunu yeniləyib. Turnirin bürünc mükafatını britaniyalı Laura Muir (3:53,79) qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp